A
A
A

SOCAR-ın Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsində sahə görüşü keçirilib

Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Rüfət Zamanovun başçılıq etdiyi nümayəndə heyəti SOCAR-ın "Azneft" İstehsalat Birliyinin Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsində (DQTKEİM) kollektiv üzvləri ilə sahə görüşü keçirib.

DQTKEİM-nin direktoru Kamran Cəfərov rəhbərlik etdiyi müəssisə barədə məlumat verib, görüş iştirakçıları Mexaniki yığma, eləcə də Dalma elektrik mühərriklərinin təmiri sahələrinə baxış keçirib, əməkdaşlarla iş yerində fikir mübadiləsi aparıb, onların iş və sosial şəraiti ilə yaxından tanış olublar. Görüş zamanı müəssisənin İdarəetmə aparatının yeməkxanasına və texniki otaqlara da baş çəkilib.

İstehsalat sahələri ilə tanışlıqdan sonra, ANQSİHİRK-nın sədri Rüfət Zamanov müəssisə rəhbərliyi ilə iş şəraitinin daha da yaxşılaşdırılması istiqamətində fikir mübadiləsi aparıb, öz tövsiyələrini verib.