A
A
A

Struktur və orqanlar

Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitənin (ANQSİHİRK) ali orqanı Qurultaydır və Məclis tərəfindən 7 ildən gec olmayaraq çağırılır.

Qurultaylararası dövrdə Komitənin ali orqanı 6 ayda 1 dəfədən az olmayaraq keçirilən Məclis sayılır. Məclisin iclaslararası dövründə Komitənin icra orqanı olan Rəyasət Heyəti 3 ayda 1 dəfədən az olmayaraq çağırılır.

ANQSİHİRK-nın “Daimi Komissiyalar Haqqında Əsasnamə”sinə uyğun olaraq 3 daimi komissiya fəaliyyət göstərir.

• Sosial dəstək və maddi yardımların verilməsi üzrə Komissiya
• Mədəni-kütləvi, idman, təhsil-tədris tədbirləri üzrə Komissiya
• İqtisadi və maliyyə səmərəliliyi Komissiyası

ANQSİHİRK-nın strukturuna 105 Həmkarlar İttifaqı Komitəsi daxildir. Bunlardan 56-sı SOCAR üzrə ilk həmkarlar ittifaqı təşkilatları, 31-i SOCAR üzrə alt həmkarlar ittifaqı təşkilatları, 12-si xarici şirkətlər və birgə müəssisələr, 3-ü səhmdar cəmiyyətlər, 3-ü isə digər təşkilatlardır.