Missiya, Strateji baxış və Dəyərlər
MİSSİYA
Neft və qaz sənayesində çalışan işçilərin hüquqlarını qorumaq, sosial rifahlarını yüksəltmək və təhlükəsiz, ədalətli əmək şəraiti üçün daima səy göstərməkdir.
STRATEJİ BAXIŞ
Əmək hüquqlarının qorunduğu, işçilərin söz sahibi olduğu və beynəlxalq standartlara uyğun şəraitin təmin edildiyi bir sənaye mühiti yaratmaqdır.
DƏYƏRLƏR
- Ədalət və şəffaflıq – Hər bir üzvümüzün hüquqları bərabər şəkildə müdafiə olunmalıdır. Qəbul edilən qərarlar isə açıq və ədalətli prinsiplərə əsaslanmalıdır.
- Həmrəylik və əməkdaşlıq – Üzvlər arasında güclü birlik və qarşılıqlı dəstək həmkarlar ittifaqının təməl prinsipidir.
- Təhlükəsizlik və rifah – İşçilərin sağlamlığı, təhlükəsizliyi və sosial təminatları hər zaman diqqət mərkəzində saxlanmalıdır.