Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) sədri Rüfət Zamanovun rəhbərliyi ilə SOCAR-ın “Azərikimya” İstehsalat Birliyində (İB) ilk həmkarlar ittifaqı təşkilatlarının iştirakı ilə zonal görüş keçirilib.
Görüşdə “Azərikimya” İB, “Azneft” İB “Siyəzənneft” Neft və qazçıxarma idarəsi və SOCAR Karbamid zavodunun həmkarlar ittifaqı komitələrinin (HİK) üzvləri və rəhbər şəxsləri iştirak ediblər.
Tədbir çərçivəsində ANQSİHİRK tərəfindən son bir il ərzində həyata keçirilən fəaliyyətlər barədə məlumat verilib, “Azərikimya” İB HİK-nin hesabatı dinlənilib və geniş fikir mübadiləsi aparılıb.
Eyni zamanda, ilk həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi, sahə üzrə çalışan üzvlərin bilik və bacarıqlarının artırılması, həmkarlar ittifaqı işinin yerlərdə daha səmərəli təşkili məsələləri müzakirə olunub.