A
A
A

Azərbaycan Neft Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Məclisinin növbəti iclası keçirilib

Məclisin iclasında kollektiv müqavilələrin icra vəziyyəti, maliyyə vəsaitlərindən daha səmərəli istifadə olunması, həmçinin təşkilati məsələlər müzakirə olunub.

İclasda Respublika Komitəsinin ilk həmkarlar ittifaqı təşkilatlarının rəhbərləri iştirak ediblər.

Məclisin iclasında qeyd edilib ki, müqavilələrə əməl olunması vəziyyətini öyrənmək üçün monitorinqlər keçirilir, işçilərin əmək və iqtisadi hüquqlarına əməl olunması, əməyin təhlükəsizliyi və digər məsələlərə ictimai nəzarət edilir.

İclasda sahənin bütün idarə və müəssisələrində kollektiv müqavilələrin bağlanması istiqamətində işlərin davam etdirilməsinin vacibliyi vurğulanıb və bu istiqamətdə müvafiq tövsiyələr verilib.  

Məclisin iclasında üzvlük haqlarından daxil olan vəsaitin effektiv, səmərəli idarə olunması, şəffaflığın təmin olunması məqsədilə yeni mexanizmin tətbiq olunması qərara alınıb. Bu mexanizm maliyyə vəsaitlərinin təyinatı üzrə şəffaf xərclənməsinə, həmkarlar ittifaqları üzvlərinin maraqlarının daha fəal qorunmasına, hüquqi və iqtisadi maarifləndirilməsinə, asudə vaxtlarının daha səmərəli təşkilinə xidmət edəcək.

Məclisdə təşkilati məsələlərə də baxılıb və müvafiq qərarlar qəbul edilib.