“Smart Children Academy” pilot təlim layihəsi
Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə həyata keçirilən “Smart Children Academy” layihəsi uşaqların intellektual, yaradıcı və texniki inkişafını hədəfləyən innovativ bir pilot təlim proqramıdır. Proqramda üzv təşkilatlarda çalışan əməkdaşların 7 yaşdan yuxarı övladları iştirak edir.
Layihənin əsas məqsədi uşaqlara müasir texnologiyalarla tanış olmaq, yeni bacarıqlar qazanmaq, həmçinin onların təxəyyülünü və texniki düşüncə tərzini gücləndirmək üçün geniş imkanlar yaratmaqdır. Proqramda aşağıdakı kurslar tədris olunur:
• Robototexnika: Konstruktorlar vasitəsilə mexaniki sistemlərin qurulması, sensorların öyrənilməsi və sadə alqoritmlərin tətbiqi.
• Fashion Design: Model formalaşdırma, rənglərin uyğunluğu, estetik düşüncə və geyim eskizlərinin hazırlanması.
• 3D Printing: 3D modellərin qurulması, printerlərin iş prinsipi və hazır modellərin hazırlanması.
• Dron modelçiliyi: Uçuş prinsipləri, konstruksiya, balans və dron idarəetmə bacarıqları.
• Raket və təyyarə modelçiliyi: Aerodinamika, konstruktiv elementlər və uçuş simulyasiyaları.
• Keramika modelçiliyi: Formalaşdırma, rəngləmə və bədii yaradıcılıq bacarıqlarının inkişafı.
Layihə boyunca uşaqlar həm praktiki məşğələlərdə iştirak edir, həm də əldə etdikləri nəticələri təqdim etmək imkanına malik olurlar. Bu, onlarda özünəinamın, ictimai çıxış bacarıqlarının və yaradıcılıq potensialının daha da güclənməsinə şərait yaradır.
“Smart Children Academy” uşaqların müasir dünyaya inteqrasiya prosesinə dəstək olmaqla yanaşı, onların gələcək peşə yönümündə mühüm baza formalaşdırır. Layihənin davamlı şəkildə genişləndirilməsi və təlim proqramının daha çox uşağı əhatə etməsi gələcək planlar sırasında yer alır.